04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ordusu mehv olan Ermenistan

02.11.2020

Ordusu məhv olan Ermənistan muzdlularla qalib gələcəyini düşünür

Ermənistan ötən əsrin 90-cı illərində olduğu kimi, muzdlu döyüşçülərdən və "diaspor könüllüləri”ndən savaşda istifadə praktikasını indiki müharibəyə də tətbiq etməkdədir. Artıq dünya mətbuatının nüfuzlu nəşrlərində və sosial şəbəkələrdə bu barədə müxtəlif ölkələrdən müharibədə iştirak üçün Qarabağa gəlmiş döyüşçülərin öz dilindən xeyli informasiyalar var. "France 24”, "Reuters”, "Associated Press”, "Kommersant”, "Liberation” kimi nəşrlər də bu barədə yazılar dərc olunur.

Əslində, Ermənistan rəsmilərinin tez-tez Azərbaycanı Suriyadan muzdlu terrorçuları döyüşmək üçün Qarabağa gətirməkdə ittiham etməsinin də məlum suçluluq psixologiyasından doğan "qabaqdangəlmişlik” olduğu üzə çıxır. Məsələn, "France 24”də dərc olunmuş materialda 28 yaşlı Fransa vətəndaşı Sipan Muradyanın muzdla Xocavənd istiqamətində döyüşdüyü öz əksini tapıb. Bundan başqa, Fransadakı erməni diasporunun başqa üzvlərinin də muzd qarşılığında Azərbaycana qarşı döyüşlərdə iştirak etdiyi məlum olur. Təkcə Fransadan deyil, dünyanın müxtəlif ölkələrindən erməni diaspor təşkilatlarının koordinasiyası əsasında həm erməni əsilli, həm də digər etnik mənsubiyyətləri olan xarici ölkə vətəndaşlarının Qarabağa gətirildiyi şübhə doğurmur.