04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Vaşinqton Tayms" Ermənistan cəfəngiyatından yazdı

02.11.2020

ABŞ-ın Azərbaycandakı səfiri Elin Süleymanov "Vaşinqton Tayms” qəzetinə müsahibəsində son zamanlar bəzi mətbu orqanlarında guya Azərbaycan və Ermənistan arasında gedən döyüşlərdə suriyalı muzdluların iştirak etməsi kimi qərəzli və əsassız iddialara cavab verərək bunun sovet sayağı təbliğat olduğunu bildirib.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən verilən məlumata görə, səfir qeyd edib ki, Ermənistan tərəfinin bu kimi cəfəng iddialar yaymaqda əsas məqsədi üçüncü tərəfi münaqişəyə birbaşa cəlb etmək üçün bəhanə yaratmaqdır.

Səfir "Vaşinqton Post” və digər mətbu orqanlarında yayılan məlumatların faktlara əsaslanmamasını, eləcə də döyüşlərin başlamasından 1 ay müddət keçməsinə baxmayaraq, bu iddiaların heç bir sübutunun tapılmamasını vurğulayıb. "Azərbaycan Silahlı Qüvvələrinin belə döyüşçülərin köməyinə ehtiyacı yoxdur”, - deyə səfir vurğulayıb.

E.Süleymanov təəssüflə bildirib ki, faktların yoxlanılmaması və "tənbəl” jurnalistika” bu kimi saxta iddiaların qərb mediasında yayılmasına səbəb olub.

Sözügedən məqalə ilə BURADAN tanış olmaq mümkündür.

Eyni zamanda nüfuzlu "Neweek” jurnalına ABŞ-dakı president seçkilərini şərh edən səfir bildirib ki, Azərbaycan bu seçkilərdə tərəf tutmur, lakin seçkilərdən kimin qalib gələcəyindən asılı olmayaraq, gələcək administrasiya bölgəmizdə sülhün bərqərar edilməsi üçün obyektiv, qərəzsiz və balanslı vasitəçi olmalıdır. Səfir bu xüsusda Amerikada fəaliyyət göstərən erməni lobbisi və onun göstərdiyi təzyiqləri maneçilik törətdiyini bildirib.