04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezidentlə jurnalist arasında maraqlı dialoq

01.11.2020

Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsi zamanı jurnalistin türk əsgərlərlə bağlı iddialarını suallarla qarşılayıb.
 ARD əməkdaşı Prezidentin suallarını cavablandıraraq özü düzgün qənaətə gələ bilib.

Həmin dialoqu təqdim edirik:

J: Hazırda gəldiyim ölkə - Türkiyə bu hərbi əməliyyatlarda, bu müharibədə Sizin üçün nə dərəcədə əhəmiyyət kəsb edir? Burada türk əsgərləri var idi. Dünən biz onlardan bəziləri ilə söhbət etdik. Onlar Türkiyədən olduqlarını dedilər.

İ.Ə: Siz əsgərlərlə danışmısınız?

J: Bəli.

İ.Ə: Döyüş meydanında?

J: Xeyr, döyüş meydanında yox.

İ.Ə: Bəs harada?

J: Bakı şəhərində.

İ.Ə: Onlar burada, Bakıda döyüşürlər?

J: Xeyr, xeyr. Bununla belə, onlar buradadırlar.

İ.Ə: İndi burada alman əsgərləri də ola bilər.

J: Siz birgə hərbi təlimlər keçirirsiniz...

İ.Ə: Bəli, bəli, keçiririk.