04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hamımız Azərbaycanın yanındayıq! - Torontoda aksiya

31.10.2020

Kanadanın Toronto şəhərində Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin təşkilatçılığı ilə "Hamımız Azərbaycanın yanındayıq!” şüarı ilə həmrəylik aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Ontario əyalətində, parlament binasının qarşısında Torontoda yaşayan azərbaycanlı qadınlarının iştirakı ilə təşkil olunan həmrəylik aksiyasında təcavüzkar Ermənistanın 30 ilə yaxındır Azərbaycan torpaqlarını işğal altında saxlaması, o cümlədən erməni ordusunun dinc əhalini, məsum uşaqları qəsdən hədəfə alaraq qətlə yetirməsi kəskin pislənilib. Aksiya iştirakçıları əllərində "Qarabağ Azərbaycandır!”, "Erməni təcavüzünə son!”, "Gəncə üçün dua et!”, "Erməni terroruna son!”, "Bərdə şəhəri münaqişə zonasından kənardadır!” kimi şüarlar yazılmış plakatlar daşıyıblar. Gəncə və Bərdə terrorunun qurbanlarının fotolarının önünə güllər düzülüb, şamlar yandırılıb.

Sonda Ontariodakı azərbaycanlı analar adından bəyanat, eləcə də parlament üzvlərinə indiyədək ünvanlanmış məktublar Ontario Əyalətinin Parlamentinin üzvü Ted Arnota təqdim edilib.