03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Azərbaycan bu “virus”u koronavirusdan əvvəl məğlub edəcək”

31.10.2020

Azərbaycan Səhiyyə nazirinin müavini Elsevər Ağayev Türk Şurası Sağlamlıq Elmi Heyətinin İstanbulda keçirilən dördüncü toplantısında iştirak edib. 
 Elsevər Ağayev tədbir zamanı çıxışında Azərbaycanın pandemiya ilə mübarizədə ilk gündən ÜST ilə səmərəli əməkdaşlıq etdiyini bildirib.

Ağayev bildirib ki, bugünkü iclasın məqsədi milli səviyyədə atılan addımlar barədə təcrübə mübadiləsi aparmaq, lazım gəldikdə bir-birimizə dəstək olmaq və fövqəladə vəziyyətdə olan ölkələr arasında əməkdaşlığı gücləndirməkdir.

Ermənistanın hücumlarına vurğu edən Ağayev, dünyanın koronavirusla mübarizə apardığı bir dövrdə Azərbaycanın da "digər viruslarla" mübarizə apardığını bildirib. "Düşünürəm ki, Azərbaycan bu virusu koronavirusdan əvvəl məğlub edəcək",-deyə Ağayev qeyd edib.