25 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İndoneziya və ABŞ birgə razılığa gəliblər

30.10.2020


İndoneziya və ABŞ Cənub Şərqi Çin dənizində yerləşən İndoneziyaya məxsus adaların inkişafı barədə razılıq əldə ediblər. Bu addımın həmin əraziyə iddialı olan Çinə qarşı yönəldiyi bildirilir.

DM xəbər verir ki, bu barədə razılaşma ABŞ Dövlət katibi Mayk Pompeo ilə İndoneziyanın Xarici İşlər naziri xanım Retno Marsudi arasında Cakartada keçirilən görüş zamanı əldə edilib.

Bildirilir ki, görüşdə Cənub Şərqi Çin dənizində vəziyyət müzakirə olunub. İndoneziyanın Natuna adaları rayonunda məxsusi iqtisadi zona yaratdığı və burada Çin ilə ərazi müzakirələri apardığı qeyd edilir.

Görüş zamanı Retno Marsudi bildirib ki, Cənub-Şərqi Çin dənizində sabitlik və sülh qorunmalı, BMT-nin Dəniz hüququ üzrə Konvensiyasına hörmətlə yanaşılmalıdır.