09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xarici jurnalistlər Mətbuat Şurasında

28.06.2018

İyunun 28-də İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Livandan olan jurnalistlər Azərbaycan Mətbuat Şurasında olublar. Bu barədə Mətbuat Şurasından məlumat verilib.
Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyətindən, beynəlxalq əlaqələrindən söz açıb. O bildirib ki, son illər ərəb ölkələrindən Azərbaycana axın güclənib. Bu, Azərbaycanın turizm potensialına olan maraqdan irəli gəlir. "Əlbəttə, bu, bizim üçün önəmlidir və media da öz təbliğatı ilə turist səfərlərinin artmasına müstəsna töhfə verə bilər. Ancaq daha önəmli cəhət Azərbaycan jurnalistlərinin ərəb dünyasının tanınmış media qurumlarının təmsilçiləri ilə sıx təmaslarının yaranması və inkişaf etdirilməsidir. Bu baxımdan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində gerçəkləşdirilən təşəbbüslər daha faydalıdır. İnanıram ki, görüləcək işlər Azərbaycan həqiqətlərinin ərəb dünyasında mütəşəkkil qaydada işıqlandırılmasına təkan verəcək”, - deyə sədr vurğulayıb.
Qeyd edək ki, jurnalistlərin Azərbaycana səfəri İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının təşəbbüsü ilə gerçəkləşib. Assosiasiyanın sədri Fazil Abbasov qonaqların ölkəmizə səfər proqramı barədə məlumat verib, keçirdikləri görüşlərin səmərəli məqamlarından söz açıb.
Birgə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə bildirilib ki, bunun üçün İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi vacib platforma mövcuddur. Bu platforma çərçivəsində azərbaycanlı jurnalistlərin də Yaxın Şərq ölkələrinə səfərlərini təşkil etmək, onların bu məkandakı nüfuzlu media qurumlarının iş prinsipləri barədə yaxından tanışlığını reallaşdırmaq mümkündür. Görüşdə mövcud istiqamətdəki konkret məqamlar nəzərdən keçirilib.