19 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Türkiyə Cümhuriyyətinin quruluşundan 97 il keçir

29.10.2020

Bu gün Türkiyədə "Hakimiyyət qeyd-şərtsiz millətindir" prinsipinin dövlət idarəçiliyində tətbiq olunmasından 97 il ötür.

İstiqlaliyyət Müharibəsinin zəfərlə nəticələnməsinin ardınca böyük öndər Mustafa Kamal Atatürk yeni Türk dövlətinin yolunu müasirləşmə və demokratiya istiqamətinə çevirib.

Ankaranın Türkiyə dövlətinin hökumət mərkəzi olmasından sonra mövcud idarəçiliyin adının qoyulması və yeni dövlət başçısının seçilməsi lazım idi. O günədək dövlət başçılığı vəzifəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Kamalda olub.

1923-cü ilin oktyabrın 25-də hökumətin istefası Mustafa Kamala cümhuriyyətin elan edilməsi üçün fürsət yaradıb. Oktyabrın 29-da saat 20:30 radələrində TBMM-nin iclasında iştirak edən 158 nəfərin səsi ilə cümhuriyyət elan edilib.