08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ölüm səbəbi müəyyənləşib

28.06.2018

Şimali Kipr Türk Respublikasında (ŞKTR) yaşayan azərbaycanlının meyiti tapılıb.
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri, Girne Amerikan Universitetinin beynəlxalq əlaqələr departamentinin direktoru Orxan Həsənoğlu APA-ya bildirib ki, ŞKTR-nın Girne şəhərində meyiti tapılan şəxsin Azərbaycan vətəndaşı Sabit Qazıyev olduğu müəyyənləşib.
O. Həsənoğlunun sözlərinə görə, 1960-cı il təvəllüdlü Sabit Qazıyev Girnədə həyat yoldaşı və anası ilə birlikdə yaşayıb: "İyunun 27-də axşam saatlarınadək evdə olub. Saat 23.00 radələrində gəzintiyə çıxıb, hovuzda üzüb. Sonra qəfildən ölüb. Onun meyiti gecə saatlarında tapılıb. Mərhumun meyiti Lefkoşa Dr. Burhan Nalbantoğlu xəstəxanasında tibbi ekspertizadan keçirilib və məlum olub ki, Sabit Qazıyev ürək çatışmazlığından vəfat edib”.