19 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Ərdoğan: "Atamızın oğlu belə olsa, göz yummayacağıq”

28.10.2020

Vladimir Putinlə Qarabağla bağlı danışanda qırmızı xətt barədə də dedim.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Putinə məsələnin birlikdə həlli üçün təkliflər səsləndirib:

"Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən 30 il ötməsinə baxmayaraq, Minsk üçlüsü problemi həll etmədi. Hər iclasda oturdular, danışdılar, getdilər. Ermənistan yenə hücum etdi və Azərbaycan əks-hücuma keçdi, proses davam edir. Liderlə bu məsələni danışırıq. Sonuncu dəfə Rusiya Prezidenti Vladimir Putinlə ətraflı danışdım. Putinə dedim ki, istəsəniz, gəlin, Qafqazdakı münaqişəni birlikdə həll edək. Siz Ermənistanın Baş naziri Nikol Paşinyanla, mən də İlham qardaşımızla danışım. Nümayəndələrinizi, XİN rəhbərlərinizi göndərin, qərar verməliyik: bu işi həll edirik, ya yox. Dedim mən səmimiyəm, sizin də səmimi olduğunuza inanıram. Gözəl danışıq oldu. Təbii ki, qırmızı xətlərimizi də dedim. Qırmızı xətlərimiz keçilsə, atamızın oğlu belə olsa, göz yummayacağıq”.