29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədən Bərdənin atəşə tutulması ilə bağlı - Bəyanat

27.10.2020

Ermənistan silahlı qüvvələrinin bu gün axşam saatlarında Bərdə şəhərinə etdiyi qanlı hücumda biri 2 yaşında olmaqla, dörd mülki insan həyatını itirib, 13 nəfər yaralanıb. Bu qanlı cinayətin qurbanı olan qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirik, bütün Azərbaycan xalqına başsağlığı diləyirik.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Ermənistanın bu qeyri-insani hücumunu qətiyyətlə pisləyirik, vicdanı və məsuliyyəti olan ölkələri Ermənistanın davam etdirdiyi müharibə cinayətlərini dayandırmağa çağırırıq.

Ermənistan Minsk Qrupu həmsədrlərinin təşəbbüsləri ilə bu günə qədər elan edilmiş 3 atəşkəsi pozsa da, həmsədrlərin bu pozuntulara reaksiya verməməsini bizi düşündürür", - bəyanatda qeyd olunub.