29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan erməni cəsədlərini bu ərazilərdə qaytarmağa hazırdır

27.10.2020

"Ermənistan humanitar atəşkəsin növbəti vacib parametrlərindən olan əsgərlərin meyitlərinin dəyişdirilməsi məsələsində də tamamilə etinadsızlıq göstərir".

Bunu bu gün keçirilən brifinqdə Prezident köməkçisi Hikmət Hacıyev deyib.

Dövlət rəsmisi bildirib ki, Ermənistan öz əsgərlərinin meyitlərinə də sahib çıxmır:

"Fransanın təşəbbüsü ilə 17-18 oktyabr tarixində humanitar atəşkəs elan olunan zaman Azərbaycan tərəfindən cəsədlərin qaytarılmasına hazırlıq ifadə olunmuşdu. Birtərəfli qaydada Azərbaycan erməni əsgərlərin və zabitlərin cəsədlərini qaytarmağa hazırlığını ifadə etsə də, qarşı tərəf bu günə qədər buna cavab verməyib. Ona görə də Azərbaycan birtərəfli qaydada Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası xətti ilə Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edərək sərhəd zonasında, yəni, Qazax, Tovuz istiqamətində və yaxud da Gürcüstan ərazisi vasitəsi ilə  bu cəsədlərin  bir qismini qaytarmağa hazırdır. Bundan başqa, Azərbaycan tərəfdə olan, onlara bütün tibbi yardımların göstərildiyi iki mülki yaşlı erməninin də Ermənistana verilməsinə hazır olduğumuz bildirilib. Onlardan biri qadın, digəri kişidir. Onlar hazırda, Tovuz, Qazax istiqamətinə çatdırılıblar. Amma Ermənistan buna hələ də sahib çıxmır".