08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ Yaponiyanı çətinə salıb

28.06.2018

ABŞ-ın beynəlxalq ictimaiyyətdən İrandan xam neft ixracının dayandırılması xahişi Yaponiya hökumətini çətin vəziyyətə salıb.
NHK telekanalı xəbər verir ki, hökumət İrandan müəyyən miqdarda neftin ixracının yollarını axtarır və bu zaman ABŞ tərəfinin məsələni anlayacağına ümid edir.
Xatırladaq ki, Prezident Donald Trampın administrasiyası iyunun 26-da İrandan neftin ixracının noyabrın 4-dək dayandırılmasını istədiyini bəyan edib.
Yaponiya özünün xam neft tələbatının 5 faizdən çoxunu İrandan ixrac edir.
Məsələni şərh edən Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bildirib ki, hökumət həmin məsələni ABŞ və digər maraqlı tərəflərlə müzakirə edəcək. Yaponiya hökuməti ABŞ tərəfinə İrandan neft ixracını davam etdirmək xahişini artıq çatdırıb. D.Tramp administrasiyası isə məsələ ilə bağlı heç bir güzəştə getməyəcəyini bəyan edib.