29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ankarada terror planlaşdıran 7 İŞİD üzvü HƏBS EDİLDİ

27.10.2020

Türkiyənin paytaxtı Ankarada 29 oktyabr və 10 noyabr tarixlərində terror aktı törətməyi planlaşdıran İŞİD üzvləri saxlanılıb.

Bu barədə Ankara Baş Prokurorluğu tərəfindən edilən yazılı açıqlamada məlumat verilib.

Terrorçuların Türkiyəyə Suriyadan qanunsuz yolla daxil olduqları öyrənilib. Saxlanılan üzvlərdən birinin qanlı edam görüntüləri ilə məşhur olduğu məlum olub.

Ankarada 29 Oktyabr - Cümhuriyyət Günü və 10 noyabr mərasimləri zamanı terror planlaşdıran 7 İŞİD üzvünün iki ayrı əməliyyatla nəzarətə alındığı qeyd olunub.

Bundan əlavə aparılan araşdırmalarla terroçuların İraq və Suriyadakı qarşıdurma bölgələrində aktiv əməliyyatlarda iştirak etdiyi təsbit edilib.

Şübhəlilərin gizləndikləri evlərdə aparılan axtarış zamanı çox sayda təşkilati sənəd və rəqəmsal materiallar ələ keçirilib. Əməliyyatla bağlı istintaq davam edir.