29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənilər dünyanı özlərinə güldürmək üçün yol tapdılar

27.10.2020

ABŞ-dakı erməni diasporu Azərbaycan və Türkiyəyə qarşı sərsəm aksiyaya başlayıb.

Erməni Gənclər İttifaqı Türkiyə və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi, eləcə də qondarma rejimin "müstəqilliyi”nin ABŞ tərəfindən tanınması üçün aclıq aksiyasına start veriblər.

Qeyd edək ki, Azərbaycan öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, Ermənistan isə işğalçılıq siyasətindən əl çəkməyərək, beynəlxalq aləmdə tanınan Azərbaycan sərhədləri daxilində ordusunu saxlamaqda davam edir. Bütün beynəlxalq sənədlərdə, BMT-də Qarabağın Azərbaycanın ərazisi olaraq təsdiq edildiyi halda "dqr”in müstəqilliyinin tanınması üçün aclıq aksiyası keçirmək təkcə beynəlxalq hüquqa deyil, həm də insanlığa ziddir.

Qarabağdan 800 min insanı qovan, onların dinc yaşamaq haqqını əlindən alan Ermənistanın işğalçılıq siyasətinə erməni diasporunun bu cür dəstək verməsi isə həm də insan haqlarına qarşı aktdır.

Müharibənin getdiyi bir məqamda "aclıq aksiyası” ilə "mübarizə” ancaq ermənilərin ağlına gələ bilərdi.