29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İbrahim Kalın Obraynla Qarabağdan danışdı

27.10.2020

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalınla ABŞ-ın Milli Təhlükəsizlik üzrə məsləhətçisi, səfir Robert Obrayn arasında telefon danışığı olub.

"Devran Media” Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığında Azərbaycan-Ermənistan münaqişəsi başda olmaqla, Suriya və regional məsələlər, təhlükəsizlik üzrə əməkdaşlıq və ikitərəfli əlaqələrlə bağlı müzakirələr aparılıb. 

Telefon danışığı zamanı Qarabağ probleminin diplomatik yolla həllinin araşdırılmasının əhəmiyyəti, Ermənistan tərəfinin atəşkəsi pozması və mülki əhalini hədəf alan hücumlarının beynəlxalq hüquqa zidd olduğu vurğulanıb. 

Davamlı və qalıcı sülhün bərqərar olması üçün Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf ərazilərindən tamamilə çəkilməsi bildirilib.  

Azərbaycanın ərazi  bütünlüyünün bərpası istiqamətində beynəlxalq təşkilatların - BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarları çərçivəsində faktiki addımların atılmasının vacibliyi qeyd olunub.