29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan fransız məhsullarını boykot etməyə çağırdı

26.10.2020

Ərdoğan fransız məhsullarını boykot etməyə çağırdı
"Fransız mallarını heç bir halda tərifləməyin və onlardan almayın”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məhəmməd peyğəmbərin mövludu həftəsinin açılışında çıxışı zamanı deyib.

"Avropa ölkələrində İslam və müsəlman düşmənliyinin sanki vəba kimi cəmiyyətə yayıldığını görürük. Müsəlmanlara aid iş yerləri, evlər, məktəblər demək olar, hər gün faşist qruplarının hücumlarına məruz qalır.

Buradan xalqıma səslənirəm. Necə ki, Fransada türk markalı mallar almayın deyilirsə, siz də heç bir halda fransız mallarını tərifləməyin, o malları almayın”,- deyə Ərdoğan qeyd edib.