02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əsgərlərimiz arzularımızdan daha sürətli irəliləyirlər - Ramiz Rövşən

26.10.2020

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ötən gün özünün rəsmi "Twitter” səhifəsində işğaldan azad olunan yeni yaşayış məntəqələrinin adlarını açıqlayıb.

Qeyd edib ki, Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad edib.

Dövlət başçısının bu müjdəsi işğaldan azad olunan kəndlərin, həmçinin Qubadlı rayon sakinlərinin böyük sevincinə səbəb olub.

Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindən olan Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Rövşən də bu sevinci bölüşənlər arasındadır.

Bi az öncə ASAN radionun qonağı olan R.Rövşən təəssüratlarını dilə gətirib, əsgərlərimizə uğurlar arulayıb. O, son bir ayda işğaldan azad olunan ərazilərimizi nəzərdə tutaraq söyləyib ki, Azərbaycan əsgərləri sürətlə irəliləyirlər: "Bizim əsgərlərimiz arzularımızdan daha sürətli irəliləyirlər”.