02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ankaradan Afinaya mesaj: Bundan əl çəkməlisən!

26.10.2020

Yunanıstan Türkiyə ilə dialoqdan yayınmaq üçün süni səbəblər yaratmaqdan əl çəkməlidir.

ABunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

O bildirib ki, Afina, həmçinin Ankaraya qarşı yeni şərtlər irəli sürməyi də dayandırmalıdır:

"Türkiyə Aralıq dənizinin şərq hissəsində öz sularında və BMT tərəfindən təyin edilən kontinental şelf zonasında tədqiqat işləri aparır. Yəni, Yunanıstan Xarici İşlər Nazirliyinin iddia etdiyi kimi tədqiqat işləri Şərqi Aralıqdakı onlara məxsus kontinental şelf zonasında deyil. Məsələ bir daha Yunanıstanın Türkiyədəki Səfirliyinə də izah edilib. "Oruc Rəis” gəmisinin 25 oktyabr - 4 noyabr tarixlərində aparacağı tədqiqat işlərinin mövcud yeri Yunanıstana 440 kilometr, Türkiyə ərazisinə isə 130 kilometr uzaqlıqdadır”.