06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu, yalnız sərhəd məsələsi deyil – Ceyhun Bayramov

25.10.2020

Azərbaycan-İran sərhədinin tərəfimizdən nəzarətə götürülməsi artıq o ərazilərdə ölkəmizin suverenliyinin təmin edilməsi deməkdir. Hesab edirəm ki, bu, yalnız sərhəd məsələsi deyil.

Bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Report-a açıqlamasında deyib.

"Biz bilirik ki, işgalçı Ermənistan dövləti və rejimi bu illər ərzində orda qanunsuz fəaliyyət göstərib. Bildiyiniz kimi, həmin bölgə həm qanunsuz silah dövriyyəsi, narkotik maddələrin daşınması və bir çox qanunsuz fəaliyyətlər üçün mərkəz olub. Bu baxımdan təbii ki, ABŞ kimi belə məsələlərə xüsusi diqqət və önəm yetirən dövlət üçün Azərbaycan dövlətinin həmin ərazidə suverenliyini bərpa etməsi müsbət haldır və düsünürəm ki, məhz bu konteksdə də qəbul olunur”, - nazir bildirib.