06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya XİN Mayakovun ölümü ilə bağlı məlumat yaydı

24.10.2020

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Gəncədə Artur Mayakovun həlak olması ilə əlaqədar rəsmi Tvitter səhifəsində paylaşım edib.

Məlumatda deyilir:

"Oktyabrın 17-də raket hücumu nəticəsində yaralanaraq Gəncə şəhər xəstəxanasına gətirilmiş 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Artur Vasilyeviç Mayakovun oktyabrın 24-də vəfat etməsi barədə Azərbaycanın hakimiyyət orqanları tərəfindən səfirliyə məlumat verilib. Səfirlik Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, mərhumun qohumları və yaxınları ilə əlaqə saxlayır, onlara lazım olan köməyi göstərir.

A.V.Mayakov oktyabrın 24-də Azərbaycan Respublikasının Gəncə şəhərində dəfn edilib. Dəfn mərasimində Gəncənin rus icması başçısının müavini İ.V.Kalaşnikova və Gəncədəki Aleksandr Nevski məbədinin keşişi Varfolomey Ata iştirak ediblər.

Səfirlik bu kədərli hadisə ilə əlaqədar mərhumun qohumlarına və yaxınlarına başsağlığı verir”.