04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Allahşükür Paşazadə videoformatda görüşlər keçirib

23.10.2020


Oktyabrın 23-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin BMT Baş katibinin müavini, BMT Sivilizasiyalar Alyansının Yüksək Nümayəndəsi Migel Anhel Moratinos ilə videoformatda görüşü baş tutub.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Migel Anhel Moratinos Azərbaycan dövlətinin mədəniyyətlərarası və dinlərarası əməkdaşlığın inkişafında, ümumbəşəri dəyərlərin qorunub saxlanılmasında böyük rolunu qeyd edərək, QMİ sədrinə regionun dini lideri olaraq böyük rəğbət bəslədiyini bildirib və onun bu istiqamətdəki səylərini yüksək qiymətləndirib.

Söhbət əsnasında QMİ sədri BMT Baş katibinin müavinini maraqlandıran məsələlər barədə ona məlumat verib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, eyni zamanda, ABŞ-da yerləşən "Vicdana çağırış” Fondunun prezidenti, ravvin Artur Şnayerlə də videokonfrans formatında görüşüb.

QMİ sədri Allahşükür Paşazadə Artur Şnayerin Azərbaycanda sadiq dost kimi tanındığını vurğulayıb.

Öz növbəsində, ravvin Artur Şnayer Allahşükür Paşazadənin genişmiqyaslı beynəlxalq fəaliyyətini rəğbətlə izlədiyini və ona dinlərarası əlaqələrin inkişafı yolundakı fəaliyyətinə tam dəstək verdiyini dilə gətirib.

Görüş zamanı hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.