03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ diplomatlarına qarşı sanksiya tətbiq edilib

23.10.2020


İranın İraqdakı səfiri İrəc Məcidinin ABŞ tərəfindən sanksiyaya məruz qalmasına rəsmi Tehran cavab verib.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə özünün "Twitter” hesabında məlumat verib. O yazıb ki, ABŞ-ın İraqdakı səfiri Matteu Tuller və Ərbildəki Baş konsulu Rob Vallterin adları İranın tərtib etdiyi sanksiyalar siyahısına salınıb.

İran bu adamları bölgədəki terror təşkilatları ilə əməkdaşlıqda və general Qasım Süleymanının qətlində iştirak etməkdə ittiham edir.

Qeyd edək ki, ABŞ İranın İraqdakı səfiri İrəc Məcidinin adını sanksiyalar siyahısına salıb. Səfir İran İslam İnqilabının Keşikçiləri Korpusu (Sepah) ilə əməkdaşlıqda ittiham olunub. Sepahın özünün də adı sanksiyalar siyahısındadır.