04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İstanbul Türkiyənin pandemiya mərkəzinə çevrilib

23.10.2020


Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ölkədəki COVID-19 xəstələrinin 40 faizinin İstanbulda olduğunu bildirib. Bu rəqəm Ankaradaki xəstə sayından beş dəfə çoxdur. Türkiyədə fəaliyyət göstərən COVID-19-un aşkarlama və araşdırma qrupları tərəfindən xüsusilə İstanbulda son günlərdə yenidən xəstə sayındakı artımın böyük əksəriyyətinin ailə içində meydana gəldiyi müəyyən olunub.

Türkiyə martın 11-dən etibarən COVID-19-la mübarizə aparır. İnsanların xəstəlik barədə daha məlumatlı olmaları və əhali arasında təşvişin azalması bir rahatlığa səbəb olub ki, bu da virusun yayılma tempini artırıb. Hazırda ölkədə xəstəliyin yoluxma dərəcəsinin 70 faizinin ailə içində baş verdiyi müəyyən olunub.

Havaların soyuması və tətillərin başa çatması da virusun yayılma səbəblərindəndir. Belə ki, Türkiyədə, xüsusilə Marmara bölgəsində son günlər havaların yağıntılı və qeyri sabit keçməsi insanların qapalı məkanlara üstünlük verməsinə səbəb olub. Bundan əlavə xarici ölkələrə səyahət edənlərin ölkəyə dönüşü zamanı karantin qaydalarına tam riayət etməmələri də xəstəliyin yayılma tempinə təsir edən məqamlardandır. Hazırda İstanbulda karantin qaydalarını pozan şəxslərin saxlanılması üçün iki izolyasiya mərkəzi fəaliyyət göstərir.

Mütəxəssislər bildirirlər ki, bəzən xəstəliyi simptomsuz keçirən bir nəfər yoluxdurduğu başqa bir insanın nəfəs aparatına bağlı qalmasına və ya ölümünə səbəb ola bilər. Bu səbəbdən hər bir insanın məsuliyyətli olması cəmiyyət üçün çox vacibdir.