03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BBC üç yaşlı Xədicə barədə reportaj yayımlayıb

23.10.2020


BBC telekanalı Ermənistanın humanitar atəşkəs barədə razılaşmanı pozaraq Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutması və nəticədə hər iki valideynini, eləcə də bacısını itirmiş üç yaşlı Xədicə ilə bağlı reportaj hazırlayıb.

"Dağlıq Qarabağ: müharibə nəticəsində valideynlərini itirmiş üç yaşlı körpə” adlı reportajda Gəncə şəhərində yaşayış binasının raket atəşinə tutulması nəticəsində dinc sakinlərin, o cümlədən üç yaşlı Xədicənin valideynlərini və bacısını itirdiyi bildirilir.

Reportajda Ermənistanın raket hücumu nəticəsində dağılmış evlərin görüntüləri, yaxınlarını itirmiş insanların cəsədlərinin dağıntılar altından çıxarıldığı anlar təqdim edilir.

Bu faciə baş verəndən dərhal sonra hadisə yerinə gəlmiş Xədicənin babası Nizami Ağayev gördüklərini belə izah edir: "Hadisə yerinə gələndə gördüm ki, sanki dünya dağılıb. Nə salamat ev var, nə qapı, nə pəncərə. Hər yer dağıntı içərisində idi. Xilasedicilər narahat olmayım deyə mənə tələfat barədə məlumat vermədilər. Sonradan xəbər gəldi ki, Xədicənin atası və anası, həmçinin bacısı bu dəhşətli faciə nəticəsində həlak olublar”.

Reportajda qeyd olunur ki, Xədicənin anası evinin yaxınlığındakı uşaq bağçasında işləyirmiş. Körpənin valideynləri beş ildir ailəli imiş.

Xədicənin nənəsi bu dəhşətli faciə barədə danışarkən qızının arzularının yarımçıq qaldığını, nəvəsi Xədicənin sağ qalmasının isə onlara böyük təsəlli olduğunu bildirib.

Reportajda, həmçinin qeyd olunur ki, raket hücumu nəticəsində dağıntı qırıntıları Xədicənin gözlərinə düşdüyü üçün körpə üç gün ərzində gözlərini aça bilməyib.