03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kürd əsilli muzdluların Ermənistan tərəfdə döyüşdüyü təsdiqlənib

23.10.2020



Erməni əsir kürd əsilli muzdluların Ermənistan tərəfdə döyüşdüyünü etiraf edib.

Mikaelyan Albert Yervandi 7 sentyabr 2001-ci il tarixdə Ermənistanın Şirak vilayətinin Artik şəhərində anadan olduğunu deyib.

"2019-cu ilin dekabr ayının 19-da hərbi xidmətə çağırılmışam. Gümrü şəhərində xidmət etmişəm. Orada 6 ay "Faqot”dan istifadə etməyi öyrəndikdən sonra kiçik serjant rütbəsi almışam. Ondan 6 ay sonra mən Martuni şəhərində yerləşən hərbi hissəyə göndərilmişəm. Orada tank əleyhinə tağımda olmuşam. Həmin tağımda müntəzəm olaraq hərbi təlimlər keçirilirdi. Hərbi hissədə müddətli, müddətdən artıq hərbi qulluqçular və kürd əsilli muzdlulardan ibarət 1500 nəfər var idi. Orda muzdlular hər ay 600 ABŞ dolları pul alırdılar və onlar ancaq öz dillərində danışırdılar. 10-15 nəfərlik dəstələrdən ibarət olan muzdlular yerli şəraiti öyrənirdilər və döyüşə hazırlaşırdılar”, - deyə A. Mikaelyan bildirib.