25 08 2025-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İrəc Məcidi ABŞ-ın sanksiyalar siyahısına salınıb

23.10.2020


İranın İraqdakı səfiri İrəc Məcidinin adı ABŞ-ın sanksiyalar siyahısına salınıb.

Bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında dərc olunub.

Bundan başqa, Livanda siyasi partiya kimi fəaliyyət göstərən "Hizbullah”ın rəhbərliyində təmsil olunan Nabil Kauk və Həsən Bağdadinin də adları sanksiyalar siyahısına salınıb. Onlar İran İslam İnqilabının Keşikçiləri Korpusu (Sepah) ilə əməkdaşlıqda ittiham edilir.

"Beynəlxalq virtual media ittifaqı” və "Televiziya və radio qurumlarının islam şurası” təşkilatları da sanksiyalara məruz qalıb. Bu təşkilatlar isə ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etməkdə ittiham olunub.