09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

DÇ-2018: Braziliya və İsveçrə 1/8 finalda

28.06.2018

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında III turun növbəti oyunları keçirilib.

"Dövran Media" xəbər verir ki, "E” qrupunda Serbiya-Braziliya və İsveçrə–Kosta-Rika oyunları baş tutub.
Daha böyük maraq kəsb edən Serbiya - Braziliya matçında hesab 36-cı dəqiqədə açılıb. Paulinyo vurduğu gözəl qolla Braziliyanı hesabda önə çıxarıb. Oyunun 68-ci dəqidəsində idə Tyaqo Silva Braziliyanın ikinci qolunu vurub
İsveçrə–Kosta-Rika  oyununda isə hesab 31-ci dəqiqədə açılıb. İsveçrənin oyunçusu Cemaili  fərqlənib. 56-cı dəqiqədə isə Uaston Kosta-Rikanın bərabərlik qolunu vurub. 88-ci dəqiqədə Drmiç  İsveçrənin 2-ci qolunu vursa da, Kosta-Rika 90+3-cü dəqiqədə hesabı bərabərləşdirə bilib.
Beləliklə, Braziliya və İsveçrə milli komandaları da 1/8 finala vəsiqə qazanıb.