26 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin: Ərdoğan kimi tərəfdaşla işləmək xoş və etibarlıdır

23.10.2020


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müstəqil siyasət aparır.

AZƏRTAC xəbər verir ki, bu barədə "Valday” Diskussiya Klubunun iclasında Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müstəqil siyasət aparır. O, ölkənin müasir hava hücumundan müdafiə sisteminə ehtiyac olduğuna qərar verib, bunu deyib və S-400 hava müdafiə sistemini alıb. Belə tərəfdaşla işləmək xoş və etibarlıdır”, - deyə Vladimir Putin vurğulayıb.

O deyib: "Ərdoğan bunu həyata keçirəcəyimizi söylədi və biz bunu etdik. O, Türkiyənin müasir hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğuna qərar verdi, "bu gün dünyanın ən yaxşı sistemi isə Rusiya istehsalı olan S-400 "Triumf”dur”, dedi və aldı. Belə bir tərəfdaşla işləmək, sadəcə, xoş deyil, həm də etibarlıdır”.