09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

“Ermənistan işğal etdiyi əraziləri tərk edəcək! Bu qədər sadə” – AKAR

22.10.2020

"30 ildə nə iş görülüb? Nə vaxt ki, Ermənistanın artan təcavüzkarlığından sonra azərbaycanlı qardaşlarımız öz torpaqlarını azad etmək üçün əks-həmlə əməliyyatına başladı, 30 ildir susanlar sülhdən, atəşkəsdən və müzakirələrdən danışmağa başladılar”.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ankaranın Polatlı rayonundakı hərbi təlim mərkəzində keçirilən "Atəş sərbəst-2020" hərbi təlimlərində jurnalistlərə açıqlamasında deyib. 

"Bu, heç səmimi deyil. Məsələnin çox sadə yolu var. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir! Ermənistan muzdlu əsgərləri, terrorçuları bölgədən göndərəcək və məsələni bitirəcək. Bu qədər sadə. Biz də Azərbaycanın haqlı mübarizəsini sonuna qədər dəstəklədiyimizi ən yüksək səviyyədə söylədik, Türkiyə Cümhuriyyəti və Türk milləti olaraq azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu ifadə etdik”, - deyə nazir vurğulayıb.