26 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Qarabağ məsələsini Azərbaycanın sərhədləri çərçivəsində həll etmək lazımdır"

22.10.2020


ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison virtual keçirilən mətbuat konfransında jurnalistlərə bildirib ki, Alyans da "ABŞ və Rusiyanın etdiklərini təkrarlamağa, yəni Dağlıq Qarabağda münaqişəni dayandırmağa cəhd göstərir”.

Bu barədə xarici KİV-lərə istinadla xəbər verir.

Xarici KİV-lərdə Key Beyli Hatçisonun bu sözləri sitat gətirilir: "Bu problem 30 ildir ki, uzanır. ABŞ-ın, Rusiyanın və Fransanın həmsədrləri olduğu Minsk qrupu münaqişəni ilkin mərhələyə, yəni Azərbaycanın suveren sərhədləri çərçivəsinə qaytarmaq istəyir ki, erməni əhali də həmin sərhədlər çərçivəsində mövcud ola bilər. Bunu həll etmək mümkündür və o halda münaqişə başa çatacaq”.

Bununla belə, "biz hər iki tərəfi zorakılığı dayandırmaq, qətli dayandırmaq yollarını müzakirə etməyə çağırırıq”, - deyən səfir sonda bildirib: "Bu münaqişə hərbi yolla həll oluna bilməz. Bunu sərhədlər və suverenitet çərçivəsində həll etmək lazımdır. Biz buna çalışırıq, Rusiya və Fransa da bunda israrlıdır”.