20 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Paşinyan döyüşmək üçün ermənilərə yalvarır

22.10.2020

Ermənistanın Baş Naziri Nikol Paşinyan ölkəsindəki gərginliyi və müharibə ilə bağlı vətəndaşların ruh düşkünlüyünü sübut edən daha bir açıqlama verib. 

 Paşinyan rəsmi feysbuk hesabında açdığı canlı videomüraciət zamanı döyüşmək üçün az qala, xalqına yalvarıb. O, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin ümumi rəhbərliyi altında könüllü dəstələr yaradılması üçün şəhər bələdiyyə sədrlərinə, kənd ağsaqqallarına, digər dövlət strukturlarının və yerli özünüidarə orqanlarının rəhbərlərinə müraciət edib:

"Bəs bu gün belə insanlar varmı? Var! Sadəcə qoşulub onların yanlarında durmalıyıq".

Paşinyan "ya qələbə, ya da məğlubiyyət"dən başqa bir seçimin qalmadığını bildirib.

Bununla yanaşı o, acizanə şəkildə Qarabağdan olan bütün iş adamlarını və tələbələri dərhal Xankəndinə qayıtmağa, könüllülər sırasına qoşulmağa və Baş Qərargahın əmri altında hərəkət etməyə çağırıb.

Paşinyan çarəsiz qaldığını həmçinin məhv edilmiş "qəhrəmanları"nı yada salmaqla bir daha etiraf edib:

"Monte Melkonyan, Tatul Krpeyan, Vazgen Sarkisyan və başqaları indi yeni nəslə göydən baxırlar və onlardan birinci Qarabağ müharibəsi zamanı göstərdikləri fədakarlığı gözləyirlər".