09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mədəniyyət Nazirliyində yeni təyinatlar

27.06.2018

Prezident İlham Əliyev mədəniyyət nazirinin müavinlərinin və nazirlik yanında Dövlət Xidmətinin rəisinin təyin olunması haqqında sərəncamlar imzalayıb.

"Dövran Media"nın məlumatına görə, dövlət başçısının iyunun 27-də imzaladığı sərəncamla Rafiq Yasin oğlu Bayramov, Sevda Yusuf qızı Məmmədəliyeva mədəniyyət nazirinin müavinləri, Zakir İmran oğlu Sultanov isə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin ediliblər.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin yeni strukturunda bir birinci müavin, iki müavin vəzifəsi nəzərdə tutulur.
Dövlət başçısının bir müddət əvvəl imzaladığı sərəncamla Vaqif Əliyev mədəniyyət nazirinin birinci müavini təyin olunub.
Beləliklə, bundan əvvəl nazir müavini olmuş Ədalət Vəliyev təyinat almayıb.