25 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türk Şurasının Baş katibi Gəncəyə gəldi

21.10.2020

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev Ermənistanın raket hücumuna məruz qalan Gəncəyə səfər edərək dağıntılar bölgəsində araşdırmalar aparıb.

O, jurnalistlərə açıqlamasında Gəncəyə hücumları kəskin şəkildə qınadıqlarını bildirib.

Dağlıq Qarabağdakı hadisələri yaxından izlədiklərini söyləyən Amreyev, "Türkdilli ölkələr, Türk dünyası və Türk Şurası Azərbaycanın işğal olunmuş ərazilərini xilas etmək hüququnu qeyd-şərtsiz dəstəkləyir. Bu müharibə qardaş Azərbaycan xalqı üçün vətən müharibəsidir. Dostumuz Azərbaycana sülh və qələbə diləyirik”, - deyə qeyd edib.

Amreyev problemin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü əsasında sülh yolu ilə həll olunmasını dəstəklədiklərini vurğulayıb.