25 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağda yeni cəbhə açıldı: Döyüşlər gedir - RƏSMİ

20.10.2020

Azərbaycan Müdafiə Nazirliyi bu gün cəbhənin müxtəlif istiqamələrində döyüşlərin getdiyinə dair rəsmi məlumat yayıb.

Rəsmi məlumatda diqqətçəkən məqamlardan biri cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətləri ilə yanaşı, Qubadlı-Zəngilan istiqamətlərində savaş getdiyinin qeyd olunmasıdır.

Bu isə o deməkdir ki, rəşadətli ordumuz artıq işğaldan azad edilmiş Cəbrayıl rayonunu geridə qoyaraq Qubadlı-Zəngilanın sərhədinə çatıb.  

Bu istiqamətdə müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edir. Düşmən isə öz növbəsində müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Xatırladaq ki, bu günə kimi Müdafiə Nazirliyinin rəsmi məlumatlarında cəbhənin Qubadlı-Zəngilan istiqamətlərindən bəhs olunmamışdı.