25 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident İlham Əliyev Vəzirovun kəndini də azad etdi - FOTO

18.10.2020

Qəhrəman ordumuzun uğurlu əməliyyatları davam edir. 16 oktyabrda azad edilən kəndlərimiz sırasında Xocavənd rayonunun Düdükçü kəndinin də adı var.

Bu kənd Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katiblərindən biri, ölkəmizin uğursuz rəhbərlərindən Əbdürrəhman Vəzirovun baba yurdudur. Vəzirov bunu 2018-ci ilin fevralında "Paxlava Production” internet kanalına müsahibəsində bir daha təsdiqləmişdi:

"Binəqədidə doğulmuşam. Anam Şuşa Pedoqoji Məktəbində oxuyub. O, Qaryagin (indiki Fizuli - red.) rayon partiya komitəsinin birinci katibinin bacısı idi. Babam Düdükçü kəndindəndir. Bu kənd vaxtilə İrandan gələn erməni qaçqınlarını qəbul etmişdi. Sonra elə oldu ki, silahlı erməni dəstələri babamın malikanəsini yandırdılar. Babam bundan sonra öz ailəsi ilə birgə Qaryagindəki evində məskunlaşıb”.