25 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dağılan evlər dövlət tərəfindən bərpa olunacaq - Nazir

17.10.2020

Erməni terroru nəticəsində dağılan evlər dövlət tərəfindən bərpa olunacaq.
Bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Gəncədə hadisə yerində jurnalistlərə açıqlamasında deyib.

"Yeni evlər tikiləcək və həyat ən yüksək səviyyədə davam edəcək. Allah ölənlərə və şəhidlərimizə rəhmət eləsin”, - Nazir bildirib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təcavüzkar tərəfindən raket zərbələri endirib. Nəticədə yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb. İndiyədək dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 13 nəfərin meyiti çıxarılıb.