08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran parlamenti tələb edib

27.06.2018

İran parlamentinin 187 deputatı ölkə prezidenti Həsən Ruhanidən Nazirlər Kabinetinin dəyişdirilməsini istəyib.
Prezident H. Ruhaniyə məktub ünvanlayan deputatlar xalqın dolanışığının və iqtisadi durumunun ağır olmasını nəzərə alaraq iqtisadi komandanın dəyişdirilməsini tələb ediblər.
Məktubda deyilir: "Biz bilirik ki, bu gün ölkə sanksiyalarla üzləşib və düşmənlər İslam Respublikasının əleyhinə iqtisadi müharibə təşkil ediblər. Lakin durumun bu vəziyyətə çatmasında hökumətin iqtisadi komandasının uğursuzluqları da rol oynayıb. Biz hökumətdə, xüsusilə iqtisadi komandada çalışan məsul şəxslərin son illər uyğunsuz işlərinin xalqın onlara etimadsızlığının artmasına səbəb olduğunu düşünürük. Bu məsələ hökumətin iqtisadi komandasını dəyişmək zərurətini qaçılmaz edir”.
Qeyd edək ki, prezident Həsən Ruhaninin iqtisadi komandasına tənqidlər ölkədə riyalın dəyərinin həddən artıq düşməsi və iqtisadi problemlərin artmasından sonra daha da çoxalıb. Prezident aparatının rəhbəri Mahmud Vaezi Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə bildirib ki, prezident nazirlərdən xalqla təmas qurmalarını istəyib. Nazirlərin ictimaiyyət nümayəndələri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.