03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qriqoryan İşxan Qarabağda məhv edildi

16.10.2020


İşğalçı Ermənistan ordusunun itirdikləri hərbçilər arasında futbolçu da var.

Dünən Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı məhv edilən erməni hərbçiləri arasında "Şirak” futbol komandasının futbolçusu Qriqoryan İşxan da var.

Qeyd edək ki, düşmən tərəfi rəsmən 633 hərbçinin ölümünü təsdiqləyib.

Onlar arasında həm çağırışçılar, həm də müqavilə əsasında və ehtiyatdan çağırılan hərbçilər var.

Ənənəvi qaydada ermənilər Ermənistandan gəlib Qarabağda xidmət edən hərbçilərin adlarını açıqlayırlar.

Bir qayda olaraq Qarabağda yerləşdirilmiş hərbi birləşmələrdə qulluq edən Qarabağın separatçı sakinləri və xaricdən gələrək işğalçı ordunun tərkibində döyüşən terrorçuların ölümü haqda rəsmi olaraq heç bir məlumat verilmir.