Vətən müharibəsi ilə bağlı tədbir keçirilib 
    
                          
     
                         16.10.2020
 
    
                        
Oktyabrın 16-da Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Azərbaycandakı dini konfessiya rəhbərlərinin iştirakı ilə Vətən müharibəsinə həsr edilən tədbir keçirilib.
Əvvəlcə müqəddəs Qurani-Kərimdən ayələr oxunub.
Sonra Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycandakı dini konfessiyalarla birgə bəyanatı təqdim edilib.