30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sinan Akçıldan Azərbaycana DƏSTƏK

15.10.2020

Türkiyənin məşhur müğənni-bəstəkarı Sinan Akçıl Azərbaycana dəstək olub.

İfaçı Azərbaycanla bağlı həmkarlarına müraciət edib. O, Azərbaycanın Ermənistan tərəfindən son hücumlara məruz qalmasına, torpaqların işğaldan azad edilməsinə və Gəncəyə raket hücumu nəticəsində mülki şəxslərin həlak olmasına səssiz qalan sənətçiləri qınayıb.

Sinan Azərbaycan əsgərinin Suqovuşana (Madagiz) bayraq sancdığı anın görüntülərini paylaşaraq belə şərh yazıb:

"Həqiqi qəhrəmanlığı izləmək istəyirsənsə, bura bax. Bütün qəlbimlə deyirəm ki, keçmiş olsun, Gəncə! Mən də daxil olmaqla Azərbaycandan pul qazanan, hər dəfə möhtəşəm qarşılanan, sevgiyə boğulan müğənni dostlar, siz də bir az diqqətli olun”.

Bundan əlavə, ötən gün pop ulduz Demet Akalın "Erməni aqressiyasına son” həştəqi ilə fotonu, Murad Boz Azərbaycan bayrağı ilə işlənən şəklini, Alişan Günel Zeynalovanın "Hesap günü” mahnısını paylaşaraq ölkəmizə dəstəyini ifadə edib.