30 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu şəhər və rayonlarımıza giriş-çıxış bağlandı

15.10.2020

Son günlər ölkə ərazisində COVID-19 infeksiyasının yayılmasında müşahidə olunan artım dinamikası nəzərə alınaraq Nazirlər Kabinetinin müvafiq qərarları ilə 14 oktyabr saat 00.00-dan Sabirabad şəhərinə, rayonun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə, 15 oktyabr saat 00.00-dan isə Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, giriş-çıxışa məhdudiyyət tətbiq edilib.

DYP-dən verilən məlumata görə, bununla əlaqədar hərəkət iştirakçılarından, xüsusilə həmin istiqamətlərə getmək istəyən respublikanın digər şəhər və rayon sakinlərindən xahiş olunur ki, səfərə çıxmazdan əvvəl qeyd olunan şəhər və kəndlərdə xüsusi karantin rejiminin sərtləşdirilməsini və bu səbəbdən adıçəkilən inzibati ərazilərə buraxılmayacaqlarını nəzərə alsınlar.

Ümid edirik ki, ölkəmiz üçün hazırki həssas dönəmdə hər bir hərəkət iştirakçısı özünün və yaxınlarının sağlamlığını qorumaq naminə müraciətimizə anlaşıqlı şəkildə yanaşacaq və üzərlərinə düşüən vəzifələri layiqincə yerinə yetirməklə sərtləşdirilmiş xüsusi karantin rejiminə, eləcə də sanitar-epidemioloji vəziyyətlə bağlı bütün tələblərə ciddi riayət edəcəklər.