07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Koronavirusa yoluxma sayı artarsa, həkim qıtlığı yarana bilər”

15.10.2020

"Təəssüf ki, hələ də koronavirusun spesifik müalicəsi və peyvəndi yoxdur. Əlimizdə olan tək vasitə isə çox sadə qorunma metodudur - maskadan istifadə, insanların sıx olduğu yerlərdən bacardıqca uzaq durmaq, respirator və əl gigiyenamıza riayət etmək".

Bunu həkim-infeksionist Nəzrin Mustafayeva "Real İntervyu” verlişində deyib.

O, həmçinin bildirib ki, qanımızda koronavirusa qarşı olan immunitetin bizi buna qarşı neçə ay qoruyacağını bilmirik: "Çünki bizim ölkədə koronavirusun müşahidə edilməsinin bir ili tamam olmayıb. Bunun üçün bir az zaman - aylar, illər lazımdır ki, müşahidələr yekunlaşsın".

Həkim-infeksionist əlavə edib ki, koronavirusa yoluxma sayı artarsa, həkim qıtlığı yarana bilər. Çünki dünyanın heç bir səhiyyə sistemi pandemiya üçün hesablanmayıb.