29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsrail məhkəməsi qadağa iddianı rədd etdi

13.10.2020


İsrail Ali Məhkəməsi Azərbaycana silah satışının qadağan olunması barədə vəsatəti rədd edib.

Bu məlumatı "Yerusəlim Post” qəzeti yayıb. Məlumata görə, məhkəmə bu qərarı dəlil yetərsizliyi ucbatından qəbul edib. Belə ki, bu silahların Ermənistana qarşı hərbi cinayətlərdə istifadə edilmədiyi sübut edilib.

Azərbaycana qarşı ittihamla aktivist Eli Cozefin çıxış etdiyi bildirilib.

"Cozef Azərbaycana silahın 60 faizinin İsraildən daxil olduğunu məhkəməyə təqdim edib. Lakin Cozefin məhkəməyə təqdim etdiyi sənədlərdən heç birində bu silahların ermənilərə qarşı hərbi cinayətlərdə, yəni mülki əhaliyə qarşı istifadə edilməsi sübut edilməyib”.