08 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ SSRİ-nin aerodromlarını ələ keçirir

27.06.2018

ABŞ Şərqi Avropadakı sovet aerodromlarını təmir etdirir.

"Dövran Media" xəbər verir ki, bunu "Raşın Tudey” televiziyasına müsahibəsində rusiyalı hərbi ekspert Yuri Knutov deyib.

"Bu bizim ölkəyə təzyiq aktıdır. Rusiyanın NATO ölkələrindən hansısa birinə müdaxilə edəcəyi fikri fantaziyadır. Bu əsas altında NATO öz ordularını Rusiya ilə sərhədə yaxınlaşdırır.

Pentaqon aktiv şəkildə Rusiya sərhədindəki aerodromları modernləşdirir. ABŞ anlayır ki, Avropa ölkələrinin ordularının döyüş hazırlığı zəifdir və buna görə də imkanlarını nəqliyyat aviasiyası ilə gücləndirməyə ümid edir. ABŞ həmçinin yeni silahlanma yarışını da alovlandırır. Bu, Rusiyanın planları ilə üst-üstə düşmür. Moskva Vaşinqtonun Avropadakı aviasiya infrastrukturunu gücləndirməsinə lazımi cavabı verə bilər” – deyə o bildirib. /axar.az/