29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Ermənistan Azərbaycandan üzr istəməlidir” - Ərdoğanın müşaviri

12.10.2020

Türkiyənin paytaxtı Ankarada Qars-Ərdəhan-İğdır Cəmiyyətləri Federasiyasının təşkil etdiyi Azərbaycana dəstək məqsədilə Qarabağ mitinqi keçirilib.

Mitinqdə Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu iştirak edib.

Y.Topçu bildirib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, eləcə də atəşkəsi nəzərə alaraq öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən dərhal geri çəkməlidir:

"Ermənistanın işğal etdiyi ərazilərdən qoşunlarını çıxarması bütün dünyanın xeyrinə olacaq. Əgər Ermənistan rəhbərliyinin vicdanı varsa, indiyə qədər həyata keçirdiyi bütün hərbi cinayətlərə və hüquq pozuntularına görə Azərbaycana təzminat ödəyib, Azərbaycandan və BMT-dən üzr istəməlidir”.