29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Stabillik üçün mexanizmlər işlənib hazırlanacaq” - Rus politoloq

12.10.2020

"Bu, hərbi cinayətdir. Hansı ki, atəşkəs barədə sənəd imzalandıqdan sonra baş verdi. Görünən odur ki, uzaq məsafədən raket zərbələridir”.

Bu sözləri Rusiyanın tanınmış politoloqu, "Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko REAL TV-nin Rusiya bürosunun əməkdaşının suallarını cavablandırarkən deyib.

O bildirib ki, bu zərbələr üçün ya siyasi, ya da hərbi rəhbərlərin icazəsi lazımdır: "Gəncəyə raket atəşi əmrini ya Nikol Paşinyan, ya da Müdafiə naziri Tonoyan verib. Paşinyan əgər bu barədə bilmirdisə, sual yaranır ki, o ümumiyyətlə hərbi birləşmələri idarə edə bilirmi? İş ondadır ki, raket zərbələri barədə qəbul edərkən uçuş zolağı tərtib edilir. Uçuş zolağı elektron formada döyüş başlığına yeridilir. Bundan sonra raket buraxılır. Bu isə döyüş bölgəsində həyart keçirilmir. Uzaq raket zərbələri ya siyasi, ya da hərbi rəhbərliyin ixtiyarındadır. Ona görə də bu hadisədə əmrin kim tərəfindən verildiyini dəqiqləşdirmək və bundan sonra Gəncəyə raket hücumunu həyata keçirmiş siyasətçiləri, hərbiçiləri beynəlxalq məsuliyyətə cəlb etmək üçün beynəlxalq mexanizmləri işə salmaq lazımdır”.

Politoloq bu münaqişədə Rusiyanın rolunu isə belə şərh edib:

"Rusiyanın rolu birmənalı olaraq stabilləşdirməkdir. Rusiya bütün lazımı tədbirləri gördü ki, imkan yaranan kimi Moskvada görüş təşkil eləsin və barışıq imzalansın. İndi isə stabillik üçün mexanizmlər işlənib hazırlanacaq. Mənim fikrimcə, iki əsas məqsəd var: Birincisi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, ikinci məsələ isə Dağlıq Qarabağın əhalisinin təhlükəsizliyinin təmin edilməsidir. Bu iki məsələ həll olunmalıdır. Düşünürəm ki, Ermənistan şərtsiz olaraq beş rayondan çəkilib Azərbaycanın idarəsinə versin. Bu baş verəcək, ya yox, deyə bilmərəm”.