Qoşunlar üçün səyyar təminat məntəqələri yaradılıb  
    
                          
     
                         12.10.2020
 
    
                        
Azərbaycan Ordusunun döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətinin təminat və təchizat məsələləri diqqət mərkəzində saxlanılır və dərhal həll olunması ilə bağlı tədbirlər görülür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, qoşunların hərbi texnika, silah-sursat, yanacaq-sürtgü materialları, ərzaq və əmlakla təmin edilməsi müvafiq idarə və xidmətlər tərəfindən sutka ərzində fasiləsiz həyata keçirilir. Bu məqsədlə döyüşlər gedən ərazilərə yaxın yerlərdə səyyar təminat və məişət xidməti məntəqələri yaradılıb.