29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BBC-dən Gəncəni raket atəşinə tutması ilə bağlı REPORTAJ

12.10.2020


BBC telekanalı Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması ilə bağlı reportaj yayımlayıb.

Reportajda Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin dağıntılar içində olduğu bildirilir. Bu görüntülərin Ermənistan tərəfindən atılan ballistik raketin qalıqları olduğu qeyd edilir. Vurğulanır ki, Azərbaycan Ermənistanı müharibə cinayəti törətməkdə ittiham edir.

Reportajda deyilir: "Aydın görünür ki, insanların məskunlaşdığı binaların, mənzillərin yerləşdiyi bu ərazi mülki hədəf olub. Dağıntılar arasında ətrafa səpələnmiş yataq dəstləri, döşəklər, örtüklər var. Hücum gecə saat 2 radələrində baş verib. Atəşkəs rejimi tətbiq olunmalı idi. Ancaq bu, daha çıx total müharibəyə oxşayır”.

Bəs sonra nə olacaq? Müxbir bu sualla Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə müraciət edib. Hikmət Hacıyev bildirib ki, indiki mərhələdə biz atəşkəs mərhələsinə əməl etməyə çalışırıq. Ancaq əlbəttə ki, ermənilər bizim mülki vətəndaşlarımıza qarşı hücumları davam etdirsələr, hər bir ölkənin olduğu kimi, bizim də özümüzü müdafiə hüququmuz var. Əgər Ermənistan Azərbaycanın mülki obyektlərinə hücumu davam etdirsə, o zaman Azərbaycan legitim hərbi hədəflərə qarşı lazımi tədbirləri görmək məcburiyyətində qalacaq.