29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Naxçıvandan İrəvanın vurulması …” - Sabiq nazirdən açıqlama

12.10.2020

"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu məsələyə qatmağa çalışacaq, çünki Azərbaycanla təkbətək döyüşlərdə məğlubiyyətdən başqa şansları yoxdur”.

Bu fikirləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Sabiq diplomat Ermənistan və Azərbaycan arasında döyüşlərin ikinci mərhələsinin başlayacağını istisna etməyib:

"İkinci döyüş mərhələsinə, yəni iki ölkənin bütün sərhəd boyu genişmiqyaslı əməliyyatlar mərhələsinə hazır olmalıyıq. Dünən yazdığım "Ermənistanın Gəncəyə raket zərbəsinə cavab olaraq, Naxçıvandan İrəvandakı Müdafiə Nazirliyinin binasına zərbə vurulmalıdır” fikrim bəyənilməklə yanaşı, KTMT-nin buna reaksiyası ilə bağlı suallar da verildi. Bu məsələlərlə əlaqədar bir neçə məqamı qeyd etmək istərdim.

Birincisi, Ermənistan KTMT-ni bu məsələyə qatmağa çalışacaq, çünki Azərbaycanla təkbətək döyüşlərdə məğlubiyyətdən başqa şansları yoxdur.

İkincisi, Rusiya silahlı qüvvələrinin birbaşa müdaxiləsi və ya şərti təmas xəttində vəziyyətin dondurulmasına imkan verəcək.

Üçüncüsü, KTMT nizamnaməsinə görə, Silahlı Qüvvələrin istifadəsinə dair qərar müzakirə prosedurundan sonra verilir. Bu prosedurun "gizli şəkildə” aparılması ermənilərin mənafeyinə uyğundur, çünki heç bir iştirakçı ölkənin ictimaiyyəti ermənilərin məntiqsiz fikirləri üçün əsgərlərinin ölümünü qəbul etməyəcək.

Dördüncüsü, bu səbəbdən Azərbaycan ilk növbədə yalnız Rusiyada deyil, digər ölkələrdə də media məkanında bu məsələnin ictimai müzakirəsinə başlamalıdır.

Beşincisi, belə bir müzakirəyə başlamağımızın səbəbi Azərbaycan Prezidentinin ayrı-ayrı dövlətlərin başçılarına mövcud vəziyyətlə bağlı mövqeyimizi əks etdirən açıq mesajı ola bilər.

Altıncısı, ermənilərin təxribatlarına cavab olaraq, obyektiv nəzarət məlumatları təqdim edərək, düşmən atıcılarının yerləşdirilməsi və sahələri barədə ictimaiyyətə məlumat verilməlidir.

Yeddincisi, hər iki dövlətin ərazisindəki döyüş əməliyyatları zonasının genişləndirilməsi düşmən qüvvələrinin parçalanmasını təmin edəcək ki, bu da onu ordumuzun hücum istiqamətlərinə cəmləşmə imkanından məhrum edəcək”.